Top.Mail.Ru
İDMAN

Cavid Hüseynov: “Yaponiya millisindən sürpriz gözləməyə dəyər”

“Yaponiya millisindən sürpriz gözləməyə dəyər”.

Bunu “Report”a açıqlamasında “Şamaxı”nın məşqçisi Cavid Hüseynov Qətərdə keçirilən dünya çempionatı barədə danışarkən deyib.

34 yaşlı mütəxəssis bildirib ki, mundialın hər bir oyununa baxmağa çalışır:

“Uşaqlıqdan Argentina yığmasının azarkeşi olmuşam. Amma bu dünya çempionatı göstərir ki, bütün yığmalar inkişaf edib və yaxşı oyun göstərirlər. Düşünürəm ki, Argentina üçün çətin olacaq”.

Veteran yarımmüdafiəçi mundialın Qətərdə təşkilinə də toxunub:

“Belə bir turnirin müsəlman ölkəsində keçirilməsini alqışlayıram. Qətərdəki dünya çempionatı təşkilatçılıq baxımından da əvvəlki turnirlərdən geri qalmır”.

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də yekun vurulacaq.

Bənzər yazılar

Back to top button