Top.Mail.Ru
İDMAN

Rusiya Futbol İttifaqı Asiya Konfederasiyasına keçə bilər

Rusiya Futbol İttifaqının (RFU) prezidenti Aleksandr Dyukov qurumun Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) çıxmasının mümkünlüyü barədə danışıb.

“Bir neçə ay əvvəl mən Asiya Konfederasiyasına keçid məsələsinin müzakirə üçün hələ vaxtından tez olduğunu demişdim. Amma indi bu fürsəti nəzərdən keçirməliyik”, – deyə RFİ rəhbəri bildirib.

O əlavə edib ki, Asiya Futbol Konfederasiyasına keçid məsələsi qurumun icraiyyə komitəsinin növbəti iclasında müzakirə olunacaq.

Xatırladaq ki, fevralın 28-də Beynəlxalq və Avropa Futbol Federasiyaları (FİFA və UEFA) Rusiya millisi və klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıb.

Mənbə: lenta.ru

Bənzər yazılar

Back to top button