Top.Mail.Ru
İDMAN

Benzema dünya çempionatında çıxış edə bilər – İDDİA

Fransa millisinin və “Real Madrid”in hücumçusu Kərim Benzema yığma komandaya qayıdaraq Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə bilər.

Belə bir iddia ilə Fransanın RMC resursu çıxış edib.

Məlumata görə, hücumçu zədədən gözlənildiyindən daha tez sağalır və həftənin ortalarına qədər o, artıq məşqləri bərpa edə bilər.

Xatırladaq ki, forvard 2022-ci il dünya çempionatı üçün Fransa seçməsinin heyətindən kənarlaşdırılmayıb. Baş məşqçi Didye Deşam onun əvəzinə oyunçu çağırmamaq qərarına gəlib və buna görə də Benzema mundialın pley-off oyunlarında iştirak şansını saxlayır.

Qeyd edək ki, “Qızıl top”un sahibi milli ilə Qətərə uçsa da, məşq zamanı zədələnib və vətənə qayıdıb.

Bənzər yazılar

Back to top button