Top.Mail.Ru
İDMAN

DÇ-2022-də İrana dəstək: LGBT simvolu ilə səhv salınan bayrağın mənası – FOTO

DÇ-2022-nin ikinci turu çərçivəsində keçirilən Portuqaliya – Uruqvay matçında (2:0) meydana daxil olan azarkeş LGBT deyil, “Sülh bayrağı” açıb.

Belə ki, bir çox futbol şərhçiləri və media nümayəndiləri səhvən LGBT bayrağını “Sülh bayrağı” adlandırıb və nəticədə həqiqəti əks etdirməyən informasiya dərc edilib.

Məlumat üçün əlavə edək ki, LGBT bayrağında mavi zolaq yoxdur və cəmi altı rəng, dünya bayrağında isə göy qurşağının bütün yeddi rəngi var və bayrağın mərkəzində PACE (italyan dilində “sülh”) yazısı var.

Əlavə edək ki, bayraqdan əlavə azarkeşin köynəyinin önündə “Ukraynanı xilas edin”, arxasında isə “İran qadınlarına hörmət” yazısı olub.

Həmin şəxs təhlükəsizlik xidməti tərəfindən saxlanılaraq meydandan çıxarılıb.

Mənbə: “Deviçya Başnya” “Telegram” kanalı

Bənzər yazılar

Back to top button