DÇ-2022: Kanada – Mərakeş matçında ikinci qol – YENİLƏNİR + FOTO/VİDEO

Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçında hesab dəyişib.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 23-cü dəqiqəsində En Nesiri Mərakeşin ikinci qolunu vurub.
19:06
Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçında hesab açılıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 4-cü dəqiqəsində Hakim Ziyeş Mərakeşi hesabda önə çıxarıb.
19:02
Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçı start götürüb.
Oxu.Az xəbər verir ki, qarşılaşma saat 19:00-da başlayıb.
18:27
Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda üz-üzə gələcək Kanada və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, komandalar matça aşağıdakı onbirliklərlə başlayacaqlar:
Kanada: Milan Boryan; Stiven Vitoriya, Alister Conston, Kamal Miller; Sem Adekuqbe, Junior Hoylett, Mark Kaye, Conatan Osorio; Tedjon Byukenen, Alfonso Deyvis, Kayl Larin
Mərakeş: Yassin Bunu; Nayef Aquerd, Romen Saiss, Əşrəf Hakimi, Nussair Mazraui; Sofyan Amrabat, Abdelhamid Sabiri, Azeddin Unai; Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
