Top.Mail.Ru
İDMAN

Belçika millisinin baş məşqçisi istefa verdi

Roberto Martinez Belçika millisinin baş məşqçisi postundan getdiyini açıqlayıb.

“Bu, komanda ilə son oyunum idi. Mən davam edə bilmərəm. Futbolçular və heyətlə sağollaşdım. Dünya çempionu olsaq da, onsuz da gedəcəkdim. 2022-ci il dünya çempionatından əvvəl qərar vermişdim”, – deyə Martinez millinin Qətərdəki turniri tərk etməsindən sonra bildirib.

İspan mütəxəssis 2016-cı ildən komandanı çalışdırıb və onunla DÇ-2018-də üçüncü yeri tutub. Onun istefası 2022-ci il dünya çempionatında Karluş Keyruş (İran yığması) və Xerardo Martinodan (Meksika yığmasından) sonra üçüncü olub.

Mənbə: sports.ru

Bənzər yazılar

Back to top button