Top.Mail.Ru
İDMAN

DÇ-2022: Qana millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə Qana millisinin baş məşqçisi Otto Addo istefa verib.

Qana Futbol Federasiyasının rəsmi saytında verilən məlumata görə, 47 yaşlı mütəxəssis yığmanın Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşmasından sonra vəzifəsindən ayrılıb.

Afrika təmsilçisi H qrupunu 3 xalla sonuncu pillədə başa vuraraq, mundialda mübarizəni dayandırıb.

Qeyd edək ki, Otto Addo bu ilin fevralından Qana seçməsinə rəhbərlik edirdi.

Bənzər yazılar

Back to top button