Top.Mail.Ru
İDMAN

Ronaldu daha bir rekorda imza atdı

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya və Avropa çempionatlarında keçirilən oyunların sayına görə rekorda imza atıb.

Portuqaliyalı tarixdə ilk futbolçu olub ki, həm dünya çempionatında, həm də Avropa çempionatında 20-dən çox oyun keçirib.

O, Avropa turnirində 25 görüşdə iştirak edib, dünya çempionatı oyunlarında isə 20 dəfə meydana çıxıb. Futbolçunun 20-ci yubiley oyunu isə Cənubi Koreya komandası ilə qarşıdurma olub.

Xatırladaq ki, 37 yaşlı portuqaliyalı əvvəlki klubu “Mançester Yunayted” onunla müqaviləni ləğv etdikdən sonra azad agent statusundadır. 1/8 finalda Portuqaliya G qrupunda ikinci yeri tutacaq komanda ilə görüşəcək. G qrupunda isə Braziliya, İsveçrə, Kamerun və Serbiya milliləri yer alıb.

Qeyd edək ki, Ronaldu daha öncə də Qana millisi ilə oyunun 65-ci dəqiqəsində penaltidən qol vuraraq çıxış etdiyi 5 dünya çempionatlarında qol vuran yeganə futbolçu olub.

Mənbə: Championat.com

Bənzər yazılar

Back to top button