Top.Mail.Ru
İDMAN

DÇ-2022: Neymar 1/8 finalda Cənubi Koreyaya qarşı oynayacaq

Braziliya millisinin futbolçusu Neymar Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunda iştirak edə biləcək.

Bu barədə yığmanın baş məşqçisi Tite mətbuat konfransında açıqlama verib.

O, 30 yaşlı hücumçunun zədəsini sağaltdığını və meydana çıxmağa hazır olduğunu söyləyib.

Serbiyanı 2:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin ilk tur matçında zədələnən təcrübəli forvard növbəti 2 görüşü buraxıb.

Qeyd edək ki, dekabrın 5-də keçiriləcək Braziliya – Cənubi Koreya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button