Top.Mail.Ru
İDMAN

“Qarabağ”ın müdafiəçisi zədə səbəbindən ili başa vurdu

Azərbaycan Premyer Liqasının XVI turunda “Neftçi” ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib.

“Köhlən atlar”ın mətbuat xidmətindən verilən məlumata görə, 29 yaşlı müdafiəçi dörd həftə yaşıl meydanlardan uzaqda qalacaq.

İli vaxtından əvvəl başa vuran kolumbiyalı oyunçunun əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Həmin görüşdə xəsarət alan Qara Qarayevin durumu isə ciddi deyil. 30 yaşlı yarımmüdafiəçi 2-3 gündən sonra komanda ilə məşqlərə qoşulacaq.

Qeyd edək ki, “Qarabağ” “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib.

Bənzər yazılar

Back to top button