Top.Mail.Ru
İDMAN

“Vüqar Həşimov Memorialı-2022” beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub

“Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirinin bütün iştirakçıları bəlli olub.

“Report”un məlumatına görə, son olaraq çinli Van Hao, İspaniya təmsilçisi Valeho Pons, ABŞ idmançısı Semuel Şenklend və Abdulla Qədimbəyli də yarışda iştiraklarını təsdiqləyiblər.

Daha əvvəl Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Rumıniya təmsilçisi Riçard Rapport, hindistanlı Qukeş Dommaracu və özbəkistanlı Nodirbek Abdusattorovun da turnirə qatılacaqları açıqlanmışdı.

“Vüqar Həşimov Memorialı-2022”də yeddi ölkə – Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.

Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17-24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq.

Bənzər yazılar

Back to top button