Millimiz səfərdə Kiprə qalib gəldi

Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirib.
AzxeberSport xəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan millimiz 2-ci turda Kiprin qonağı olub və 1:0 hesabı ilə qalib gəlib.
Turnirin ilk oyununda Bakıda Lüksemburqa uduzan (1:2) Canni de Byazinin komandası səfər matçında ilk qələbəsini qazanıb.
C liqasının digər qarşılaşmasında Lüksemburq evdə Monteneqroya uduzub – 0:1.
Qeyd edək ki, yığmamız növbəti oyununu oktyabrın 10-da səfərdə Monteneqroya qarşı keçirəcək.
8 sentyabr
Millətlər Liqası, 2-ci tur
C liqası
22:45. Kipr – Azərbaycan – 0:1
Qol: Maksim Medvedev, 29
Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferents, Boris Marhefka (hamısı Slovakiya)
Nikosiya. GSP stadionu
22:45. Lüksemburq – Monteneqro – 0:1
Qol: Beqiraj, 90+3