İDMAN
Millimizdən rüsvayçı MƏĞLUBİYYƏT! Hesab: 0-13

Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
KAİM.az xəbər verir ki, D qrupunda yer alan yığma 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gəlib. “ASK Arena”dakı qarşılaşma qonaqların 13:0 hesablı qələbəsi ilə başa çatıb.
İspaniya seçməsinin heyətində qolları 21, 24, 30, 31 və 87-ci dəqiqələrdə Ester Qonsales, 33, 43, 67, 82 və 90+3-cü dəqiqələrdə Cennifer Hermoso, 57-ci dəqiqədə Mariona Kaldentey, 75-ci dəqiqədə Eva Navarro və 84-cü dəqiqədə Neraya Eysagirre vurub.
Loading...
Yazının davamı reklamdan sonra
Bu nəticədən sonra xallarını 19-a çatdıran ispaniyalılar final mərhələsinə vəsiqəni təmin ediblər. Xalı olmayan Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv isə sonuncu pillədə qalıb.
KAİM.az