Top.Mail.Ru
İDMAN

Millimiz seçmə mərhələni qələbə ilə başa vurdu

Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

KAİM.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri Moldova seçməsini qəbul edib.

“ASK Arena”da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 46-cı dəqiqədə Aysun Əliyeva vurub.

Qrupun digər qarşılaşmasında İspaniya Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, bu qalibiyyətdən sonra ilk xallarını qazanan Azərbaycan millisi yer aldığı D qrupunu sonuncu pillədə başa vurub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button