Top.Mail.Ru

İDMAN

Araz Abdullayevdən Türkiyədə uğurlu debüt

Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib.
Sport7.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin yeni transfer olunduğu “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Adana Dəmirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Araz da bu görüşün iştirakçısı olub. O, Bolu təmsilçisindəki debüt matçında 70-ci dəqiqədə meydana buraxılıb.
İki turdan sonra hesabında 1 xal olan “Boluspor” 18 kollektiv arasında 13-cüdür.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button