Top.Mail.Ru
İDMAN

Azərbaycan atletika üzrə Avropa çempionatında medal qazandı

Azərbaycanın üçtəkanla tullanma üzrə idmançısı Aleksis Kopelyo Polşanın Toruny şəhərində qapalı məkanda keçirilən atletika üzrə Avropa çempionatında gümüş medal qazanıb.

KAİM.az Oxu.az-a istinadən xəbər verir ki, Kuba əsilli idmançı 17.04 metr tullanmaqla ikinci olub. Bununla da Kopelyo özü üçün mövsümün ən yaxşı nəticəsini göstərib.

Avropa çempionluğunu isə daha bir əslən Kubadan olan atlet – Portuqaliya təmsilçisi Pedro Pablo Piçardo qazanıb. O, 17.30 metr göstəriciyə imza atıb. Almaniyalı Maks Hess isə 17.01 metr nəticə ilə bürünc medalçı olub.

Xatırladaq ki, iki il əvvəl keçirilmiş sonuncu analoji yarışın üçtəkanla tullanma növündə Nazim Babayev Avropa çempionu olmuşdu.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button