“Qarabağ” darmadağınla liderliyini MÖHKƏMLƏNDİRDİ – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.
KAİM.az xəbər verir ki, turun son matçında “Qarabağ” “Sumqayıt”ı qəbul edib.
Beş qolun vurulduğu oyunda ağdamlılar 4:1 hesablı qələbə qazanıblar.
Görüşdə hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Abdullah Zubir açıb.
İlk hissəni qolla qapayan Qurban Qurbanovun yetirmələri ikinci hissəsni də qolla açıblar. Bu dəfə qonaqların müdafiəçisi Cəmaləddin Xocaniyazov topu öz qapısından keçirib.
59-cu dəqiqədə Əli Qurbani hesab arasındakı fərqi mimimuma endirib. 71-ci dəqiqəda Zubir dubl edib. 7 dəqiqə sonra isə Filip Ozobiç oyunda son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 46-ya çatdıran “Qarabağ” zirvədə bir qədər də möhkəmlənib. Komandanı ikinci sıradakı “Neftçi”dən 3 xal ayırır. “Sumqayıt” isə 29 xalla 4-cü pillədə qalıb. / oxu.az