Top.Mail.Ru
İDMAN

Azərbaycan Kubokunun finalçıları müəyyənləşdi: “Qarabağ” UDUZDU – VİDEO

Futbol üzrə Azərbaycan Kubokunun finalçıları müəyyənləşib.

KAİM.az xəbər verir ki, “Keşlə” və “Sumqayıt” ikinci dəfə Azərbaycan Kubokunun finalında üz-üzə gələcək.

“Sumqayıt” Premyer Liqanın lideri “Qarabağ”la cavab matçında da qolsuz heç-heçə edib. Penaltilər seriyasında 5:4 qalib gələn “Sumqayıt” finala vəsiqə qazanıb.

Günün ikinci cütünün taleyi isə daha çox oyunun əsas vaxtının sonlarındakı hadisələrdən sonra müəyyənləşib. Baş hakim Elçin Məsiyev 87-ci dəqiqədə “Zirə”nin qapısına penalti təyin edib.

Baş məşqçi Rəşad Sadıqov sərt etiraza görə qırmızı vərəqə alıb. “Keşlə”nin futbolçusu Sezar Mezar Kolli əvvəlcə hesabı 2:1 edib, matçın əlavə vaxta uzanmasına səbəb olub. Paraqvaylı futbolçu 92-ci dəqiqədə daha bir qol vurub. “Zirə”nin təsəlli qolu isə işə yaramayıb. Beləliklə, “Keşlə” “Zirə”ni 3:2 məğlub edərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, “Sumqayıt” – “Keşlə” finalı mayın 24-də keçiriləcək.

 

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button