Top.Mail.Ru
İDMAN

Araz Abdullayev Türkiyə klubuna qələbə qazandırdı – FOTO

Millimizin sabiq futbolçusu Araz Abdullayev Türkiyənin “Boluspor” komandasında ilk qollarını vurub.

KAİM.az xəbər verir ki, Türkiyə I divizionunun XXXIV turu çərçivəsində “Boluspor” bir zamanlar Rəşad Sadıqovun çıxış etdiyi “Əskişəhərspor”u qəbul edib.

Görüş Bolu təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və 90 dəqiqə çıxış edən Araz Abdullayev 17 və 56-cı dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, 42 xalı olan “Boluspor” 12-ci pillədə qərarlaşıb. (Oxu.Az)

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button