Top.Mail.Ru
İDMAN

“Mançester Siti”nin çempionluğu təxirə düşüb

İngiltərə Premyer Liqasında XXXV turun oyunları keçirilir.

KAİM.az-ın məlumatına görə, turun mərkəzi görüşündə “Mançester Siti” “Çelsi”ni qəbul edib.

Çempionlar Liqasının finalçıları və Premyer Liqada ilk “dördlük”də qərarlaşan komandaların oyununda hesabı Rahim Sterlinq açıb. O, 44-cü dəqiqədə fərqlənib.

İngiltərə çempionluğunu təmin etmək üçün qalib gəlməli olan “Mançester Siti” üstünlüyü qoruya bilməyib. Hakim Ziyeş 63-cü dəqiqədə bərabərlik qolu vurub. Oyunun uzatma dəqiqələrində Markos Alonso paytaxt təmsilçisinə qələbə qazandırıb – 2:1.

Bununla da mançesterlilərin çempionluğu təmin etməsi təxirə düşüb. 35 oyunda 80 xal toplayan Pep Qvardiolanın yetirmələri ən yaxın izləyicisi “Mançester Yunayted”i 13 xal qabaqlayır.

5 oyunu qalan sonuncular sabah “Aston Villa” ilə görüşdə uduzsa, çempionluq şansını da əldən verəcək. Bu, “şəhərliləri” çempionluğa daşıyacaq.

Qeyd edək ki, 35 oyunda 64 xal toplayan “Çelsi” 3-cü pillədə qərarlaşıb. (Apasport.az)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button