Top.Mail.Ru
İDMAN

“Barselona”dan Messiyə 10 illik müqavilə təklifi

“Barselona” kapitanı Lionel Messiyə 10 illik müqavilə təklif edib.

KAİM.az Qol.az-a istinadən xəbər verir ki, barədə “Catalunya Radio” məlumat yayıb.

Müqavilənin şərtlərinə əsasən, Messi qarşıdakı iki mövsüm komandada çıxışını davam etdirəcək. Bundan sonra argentinalı hücumçuçu “Barselona”nın səfiri qismində üç il ərzində ABŞ-ın MLS liqasında oynayacaq.

Müqavilənin qalan 5 ili ərzində Messi “Barselona”nın strukturunda vəzifələrin birini tutacaq.

Qeyd edək ki, Messinin “Barselona” ilə müqaviləsi iyunda bitir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button