Top.Mail.Ru
İDMAN

Həmyerlimiz sambo üzrə ABŞ çempionu oldu – FOTO

ABŞ-da yaşayan həmyerlimiz Orxan İsmətzadə Şimali Karolina ştatının Qrinsboro şəhərində sambo üzrə keçirilən ölkə çempionatının qalibi olub.

KAİM.az xəbər verir ki, idmançı həmyerlimiz 98 kq çəki dərəcəsində qızıl medal qazanaraq çempion tituluna layiq görülüb. Onun cempionatdakı rəqibləri Boston, Nyu-Cersi və Şimali Karolina ştatlarının təmsilçiləri olub.

Orxan İsmətzadə uşaqlıqdan idmanın sambo növü ilə  məşğul olur. Ölkəmizdə keçirilən respublika turnirlərində qızıl və gümüş medallara layiq görülüb. 2018-ci ildən ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində yaşayan soydaşımız bu ölkədə təşkil edilən bir sıra beynəlxalq yarışlarda iştirak edib və Universal döyüşdə dünya üzrə ikinci yeri tutub.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi soydaşımızı çempion titulunu qazanması münasibətilə təbrik edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button