Top.Mail.Ru
İDMAN

Azərbaycanlı idmançı erməni rəqibinə qalib gəlib kəmər qazandı – FOTO

Ukraynanın Odessa şəhərində keçirilən Qarışıq İdman Növləri (MMA) üzrə dünya çempionatında iştirak edən Nicat Yusifov və Cəlal Cəlallı qalib gələrək dünya çempionu adını qazanıb.

KAİM.az xəbər verir ki, Nicat Yusifov finalda erməni əsilli rəqibi Artur Qriqoryana ağrıdıcı fəndlə qalib gələrək 70 kiloqram çəki dərəcəsində kəmərə sahib çıxıb.

Cəlal Cəlallı isə ukraynalı rəqibinə qalib gələrək 80 kiloqram çəki dərəcəsində çempionatın baş mükafatına layiq görülüb.

Qeyd edək ki, çempionat iyunun 3-dən 6-a kimi davam edib. Yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib. / oxu.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button