Top.Mail.Ru
İDMAN

AVRO-2020: Türkiyə yığması açılış oyununda böyük hesabla uduzdu – YENİLƏNİB-3

Fitbol üzrə Avropa çempionatına start verilib.

KAİM.az-ın “Report”a istinadən məlumatına görə, açılış oyununda İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romadakı “Olimpiko” stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0.

Niderlandlı referi Denni Makkelinin idarə etdiyi qarşılaşmanın ilk yarısında hesab açılmayıb. Bununla belə, aşkar üstünlüyə malik İtaliya millisi 53-cü dəqiqədə fərqlənməyə müvəffəq olub. Növbəti hücumdan sonra Türkiyə yığmasının futbolçusu Merih Demiral topu öz qapsına göndərib.

66-cı dəqiqədə Çiro İmmobile, 79-cu dəqiqədə isə Lorentso İnsinye fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, A qrupunda ilk turun digər oyunu iyunun 12-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə milliləri arasında olacaq. Görüş saat 17:00-da başlanacaq.

00:38

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının açılış matçında daha bir qol vurulub.

KAİM.az-ın “Report”a istinadən məlumatına görə, Romadakı “Olimpiko” stadionunda keçirilən görüşün 79-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Lorentso İnsinye fərqi böyük hesaba çatdırıb – 3:0.

00:25

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının açılış matçında növbəti qol vurulub.

KAİM.az-ın “Report”a istinadən məlumatına görə, Romadakı “Olimpiko” stadionunda keçirilən görüşün 66-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Çiro İmmobile fərqi artırıb – 2:0.

00:16

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının açılış matçında ilk qol vurulub.

KAİM.az-ın “Report”a istinadən məlumatına görə, Romadakı “Olimpiko” stadionunda keçirilən görüşün 53-cü dəqiqəsində Merih Demiral topu öz qapısına göndərib. Hazırda İtaliya yığması bu avtoqolla öndədir – 1:0.

23:46

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının açılış matçında ilk hissə yekunlaşıb.

KAİM.az-ın “Report”a istinadən məlumatına görə, Romadakı “Olimpiko” stadionunda keçirilən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar – 0:0.

23:00

Türkiyə və İtaliya yığmaları arasında futbol üzrə Avropa çempionatının açılış matçı start götürüb.

KAİM.az-ın “Report”a istinadən məlumatına görə, Romadakı “Olimpiko” stadionunda keçirilən görüşü Niderland Futbol İttifaqından Denni Makkeli idarə edir.

Qeyd edək ki, “ay-ulduzlular” A qrupundakı son iki matçını Bakıda keçirəcək. Bakı Olimpiya Stadionu İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button