Top.Mail.Ru
İDMAN

Çempionlar Liqası: “Neftçi” hansı komandalarla qarşılaşa bilər?

Sabah Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

KAİM.az xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutacaq tədbir öncəsi Azərbaycan çempionu “Neftçi”nin potensial rəqibləri dördə enib.

Səpələnməmişlər sırasında yer alacaq flaqman I raundda “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tbilisi, Gürcüstan) və ya “Kayrat”a (Qazaxıstan) rəqib olacaq.

Qeyd edək ki, püşatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İyunun 16-da isə “Neftçi”nin II təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olacaq. I raundun ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq. / bakupost.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button