Top.Mail.Ru

İDMAN

Qaradərili futbolçunu öldürən polis işdən qovuldu

ABŞ-ın Texas əyalətində elektrik silahı ilə keçmiş amerikalı futbolçu Jonathan Price-i öldürən “Wolfe City” polisi Şaun Lukas işdən qovuldu.

“Wolfe City” səlahiyyətliləri tərəfindən edilən açıqlamada, qətldə şübhəli bilinərək tutulan 22 yaşlı polis Lukasın vəzifəsindən alındığı açıqlanıb. Açıqlamada Lukasın şəhər və polis idarəsi qaydalarını ciddi şəkildə pozduğuna görə qovulduğu bildirilib.

Qeyd edəki ki, ABŞ-da tez-tez qaradərili və polis arasında qalmaqal yaşanır. Məlumata görə son bir ildə 160-dan çox qaradərili Amerika polisi tərəfindən öldürülüb. Polisin qaradərilərə qarşı etdiyi zorakılıq insanların etirazına səbəb olur. ABŞ-da və hətta dünyanın bir sıra ölkələrində irqçilik və özbaşınalığına qarşı kütləvi etirazlar keçirilir.

Loading...
Yazının davamı reklamdan sonra

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button