Top.Mail.Ru
İDMAN

Azərbaycanın qadın tennis millisindən tarixi uğur – FOTO

Litvanın paytaxtı Vilnüsdə keçirilən “Billie Jean King Cup” adlı Dünya Kubokunda iştirak edən qadınlardan ibarət tennis üzrə millimiz ilk qələbəsini qazanıb.

KAİM.az bildirir ki, Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Salam Əsgərəlizadənin Oxu.Az-a verdiyi məlumata görə, yığma komandamız Umayra Həşimova, Züleyxa Səfərova və Alina Qavrişlə təmsil olunub.

III qrupun F səbətində yer alan millimiz əvvəlcə Monteneqro və CAR millilərinə uduzsa da, dünən Namibiya yığmasına 3:0 qalib gəlib. Bu, qadın millimizin ilk qələbəsi sayılır. Bununla da komandamız öz səbətində üçüncü olaraq pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, hazırda millimiz Albaniya yığması ilə qarşılaşır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button