Top.Mail.Ru
İDMAN

AVRO-2020-də yarımfinal və final oyunları ilə bağlı yeni qərar

Londonda keçiriləcək futbol üzrə Avropa çempionatının yarımfinal və final matçlarına 60 mindən çox tamaşaçı qatıla biləcək.

KAİM.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat verib.

Məlumata görə, builki AVRO-nun final oyunlarına ev sahibliyi edəcək “Uembli” stadionunun ümumi tutumu 90 min nəfərdir. Həlledici oyunlar üçün arenanın 75% dolmasına icazə veriləcək.

Bütün ziyarətçilərdən koronavirusla mübarizə üçün ciddi tədbirlərə riayət etmələri tələb olunur.

Qeyd edək ki, Avropa çempionatının yarımfinal oyunları 6 və 7 iyul, finalı isə 11 iyul tarixlərində keçiriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button