Top.Mail.Ru
İDMAN

“Qızıl Top”a namizədlərin siyahısı yenilənib

KAİM.az xəbər verir ki, Goal.com saytı 2021-ci ilin yekunlarına əsasən “Qızıl Top”a namizədlərin siyahısını yeniləyib.
Argentina millisi və “Barselona”nın hücumçusu Lionel Messi öncəki reytinqdəki 5-ci mövqeyindən liderliyə yüksəlib.
Fransa yığması və “Çelsi” klubunun yarımmüdafiəçisi Nqolo Kante isə zirvədəki yerini itirib. Yeni siyahıda o, ilk üçlüyü qapayır.
Siyahının ikinci pilləsində Robert Levandovski (Polşa, “Bavariya”) dayanır. Onu Romelu Lukaku (Belçika, “İnter”) və Kilian Mbappe (Fransa, PSJ) izləyir.
Portuqaliya yığması və “Yuventus”un hücumçusu Kriştianu Ronaldu isə reytinqdə 7-ci pillədə qərarlaşıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button