Top.Mail.Ru
İDMAN

AVRO-2020: Bu gün FİNALDIR

AVRO-2020-yə yekun vurulacaq.

İyunun 11-də start götürən və Bakı da daxil olmaqla, 11 müxtəlif şəhərdə təşkil olunan qitə birincilində bu gün final oyunu keçiriləcək.
Həlledici qarşılaşma yarımfinalların da məkanı olan Londonda baş tutacaq. Doğma arenasında qonaq qismində meydana çıxacaq İngiltərə millisi İtaliya ilə qarşılaşacaq. Yarımfinal səddini çətinliklə keçən komandaların duelində 16-cı Avropa çempionu müəyyənləşəcək.

“Dumanlı Albion” təmsilçisi tarixində ilk dəfə final görüşünə çıxacaqsa, “Skuadra Adzurra” 4-cü finalında 2-ci zəfərini qazanmağa çalışacaq. İlk və yeganə Avropa çempionluğunu 1968-ci ildə əldə edən italyanlar 2000 və 2012-ci illərdə həlledici görüşlərdə yenilib. İtaliya millisi 53 illik həsrətə İngiltərədə yerli komandaya qarşı görüşdə son qoymağa çalışacaq.

AVRO-2020

Final
23:00. İtaliya – İngiltərə
Baş hakim: Byörn Kuypers (Niderland)
London. “Uembli” stadionu
//apasport

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button