Top.Mail.Ru
İDMAN

Cüdoçumuz Tokio-2020-də uğursuz debüt etdi

Azərbaycan cüdoçusu Orxan Səfərovun Tokio-2020 Yay Olimpiya Oyunlarında debütü uğursuz olub.

KAİM.az xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/16 final mərhələsində qazaxıstanlı Yerlan Serikjanovla üz-üzə gəlib. Rəqibinə əlavə vaxtda vazari xalı ilə uduzan Səfərov Tokio-2020 ilə vidalaşıb.

Nəzərinizə çatdıraq ki, Azərbaycan milli komandası Tokio-2020-də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü Atlanta-1996 Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu Rio-2016-da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

/ moderator.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button