Top.Mail.Ru

İDMAN

Tokio-2020: Türkiyə ilk qızıl medalını qazanıb

Türkiyə Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

“Report”un məlumatına görə, Mete Qazoz kamandan oxatma üzrə kişilərin fərdi yarışında bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançı finalda İtaliya təmsilçisi Mauro Nespolini məğlub edib.

O, bu idman növündə ölkəsinə ilk olimpiya qızılını qazandıran idmançı kimi tarixə düşüb.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Türkiyə olimpiadada 3 medalla (1 qızıl, 2 bürünc) hələlik 32-ci pillədə qərarlaşıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button