Top.Mail.Ru
İDMAN

Tokio-2020: Ruslan Lunyov mübarizəni dayandırıb

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

“Report”un məlumatına görə, kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında çıxış edən idmançı ikinci təsnifat mərhələsində 286 xal toplayıb.

O, ilk gündə 281 nəticə göstərmişdi. Lunyov yekunda 567 xalla finala vəsiqə qazanmaq şansını itirib.

Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.

Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button