Top.Mail.Ru

İDMAN

Konfrans Liqası: “Qarabağ” və “Neftçi”nin potensial rəqibləri bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

“Report”un məlumatına görə, Azərbaycanın avrokuboklardakı təmsilçiləri “Neftçi” və “Qarabağ”ın da potensial rəqibləri bəlli olacaq.

Püşkatma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Ağdam təmsilçisi III təsnifat mərhələsində Kipr AEL-ini üstələyəcəyi təqdirdə, 4 cütdən birinin qalibi ilə görüşəcək.

Loading...
Yazının davamı reklamdan sonra

“Köhlən atlar” səpələnmişlər səbətində yer alacaq, rəqib isə səpələnməmişlər sırasından düşəcək. Onların arasında II təsnifat mərhələsində “Sumqayıt”ı mübarizədən kənarlaşdırmış Serbiya “Çukariçki”si də var:

MOİK (Sofiya, Bolqarıstan) – “Osiyek” (Xorvatiya)

“Pakuş de Fereyra” (Bolqarıstan) – “Larn” (Şimali İrlandiya)

“Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya)

“Çukariçki” (Serbiya) – “Hammarbü” (İsveç)

“Neftçi” Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya HİK-i ilə görüşlərdən sonra mübarizəni dayandırsa, aşağıda qeyd olunan cütlüklərdən birinin qalibi ilə qarşılaşacaq:

“Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları)

“Linfild” (Şimali İrlandiya – “Fola” (Lüksemburq)

“Şemrok Rovers” (İrlandiya) – “Teuta” (Albaniya)

“Riqa” (Latviya) – “Hibernians” (Malta)

“Priştina” (Kosovo) – “Bodo Qlimt” (Norveç)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19-26 avqustda gerçəkləşəcək.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button