Top.Mail.Ru
İDMAN

Azərbaycan millisi Macarıstanda beynəlxalq turnirə qatılacaq

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Macarıstanda beynəlxalq “Savaria” turnirində mübarizə aparacaq.

Federasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, avqustun 5-də start götürəcək yarışda rəqiblər ev sahibləri, Hollandiya və Çexiya yığmaları olacaq. Vüqar Əliyevin baş məşqçi olduğu yığma bu komandalarla üç gün ərzində ardıcıl olaraq, üz-üzə gələcək. Turnir dairəvi sistemlə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə daha əvvəl Yunanıstanda təlim-məşq toplanışında olub. Komanda üzvləri məşqlərlə bərabər yerli yığma ilə 3 yoxlama oyunu da keçirib və 1 qarşılaşmada qalib olub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button