Top.Mail.Ru
İDMAN

Tokio-2020: Türkiyə millisi Rusiyanı məğlub edib

Voleybol üzrə qadınlardan ibarət Türkiyə millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, “ay-ulduzlular” Rusiya yığması ilə üz-üzə gəlib.

İlk setdə Rusiya 25:21 hesabı ilə qalib gəlib. Növbəti iki setdə Türkiyə eyni hesabla üstün olub – 25:23. Dördüncü setdə isə Rusiya rəqibinə şans verməyib – 25:15. Beşinci – həlledici setdə Türkiyə qələbə qazanıb – 15:10

Beləliklə, “ay-ulduzlular” B qrupunu 9 xalla üçüncü sırada bitirib və 1/4 final mərhələsində A qrupunda ikinci yerin sahibi ilə üz-üzə gələcək. 4-cü olan Rusiya isə növbəti raundda A qrupunun lideri ilə görüşəcək.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button