Top.Mail.Ru

İDMAN

Azərbaycan Premyer Liqasında meydana heyvan buraxılmasına görə cərimələr artırılıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündən meydana qəsdən heyvan buraxılmasına görə sanksiyalar sərtləşdirilib.

“Report”un məlumatına görə, İntizam Məcəlləsində daha əvvəl yalnız azarkeşlərin bu cür hərəkətinə görə cərimə nəzərdə tutulurdusa, artıq klub rəsmiləri və ya futbolçuların da analoji addımına görə cərimə tətbiq olunacaq.

Məcəllədəki dəyişikliyə əsasən, oyun zamanı azarkeşlərin qəsdən meydana hər hansı heyvan buraxmasına görə yerli komanda 800 manat məbləğində cərimə olunacaq. Bu qərar qonaq komandanın fanatlarına da şamil olunur. Həmçinin, azarkeşin stadiona heyvanla daxil olması da meydan sahibi klubu 800 manat xərcə salacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Rəsmi şəxslər və ya futbolçuların oyun zamanı qəsdən meydana hər hansı heyvanın buraxarsa, səbəbkar klub 1 600 manat cərimələnəcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button