Top.Mail.Ru

İDMAN

Çempionlar Liqası: Pley-off mərhələsinin püşkü atılıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

“Report”un məlumatına görə, püşkatma nəticəsində Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sının da potensial rəqibi bəlli olub.

Varşava təmsilçisi III təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunu keçəcəyi halda, növbəti raundda “Srvena Zvezda” (Serbiya) – “Şerif” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Polşalılar ilk oyunu səfərdə keçirəcək.

Loading...
Yazının davamı reklamdan sonra

Pley-off cütlükləri bunlardır:

Çempionlar yolu

“Zalsburq” (Avstriya) – “Bröndbü” (Danimarka)

ÇFR (Rumıniya) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi – “Ferentsvaroş” (Macarıstan) / “Slaviya” (Praqa, Çexiya) cütünün qalibi

“Malmö” (İsveç) / “Reyncers” (Şotlandiya) cütünün qalibi – “Olimpiakos” (Yunanıstan) / “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) / “Şerif” (Moldova) cütünün qalibi – “Dinamo” (Zaqreb, Xorvatiya) / “Legiya” (Polşa) cütünün qalibi

Liqa yolu

“Monako” (Fransa) / “Sparta” (Praqa, Çexiya) cütünün qalibi – “Genk” (Belçika) / “Şaxtyor” (Donetsk, Ukrayna) cütünün qalibi

“Spartak” (Moskva, Rusiya) / “Benfika” (Portuqaliya) / “Midtüllan” (Danimarka) cütünün qalibi

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button