İDMAN
Avropa Liqası: “Neftçi” “Fənərbağça”ya potensial rəqib oldu

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
“Report”un məlumatına görə, turnirdə Azərbaycanın yeganə təmsilçisi olan “Neftçi”nin də potensial rəqibi bəlli olub.
“Ağ-qaralar” III təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda Türkiyə “Fənərbağça”sı ilə qarşılaşacaq. Flaqman ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da baş tutacaq.
Mənbə
KAİM.az