Top.Mail.Ru

İDMAN

Kriştianu Ronaldu PSJ və ya “Real Madrid”ə keçmək istəyir

Kriştianu Ronaldu İtaliyanın “Yuventus” klubundan ayrılmaq istəyir.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu üçün prioritet variantlar İspaniyanın “Real Madrid” və Fransanın PSJ klubudur.

Ancaq transfer Paris təmsilçisinin Kilian Mbappeni “kral klubu”na satıb-satmayacağından asılıdır. İspaniya nəhəngi Mbappeni ala bilməsə, hücum xəttini Ronaldu ilə gücləndirmək ehtimalını nəzərdən keçirəcək.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildə “Real Madrid”dən 120 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button