İDMAN
“Yuventus” müdafiəçisi ilə müqaviləni uzadıb

36 yaşlı müdafiəçi Corco Kellini İtaliyanın “Yuventus” futbol komandası ilə yeni müqavilə imzalayıb.
Bu barədə “Report” klubun rəsmi saytına istinadən xəbər verir.
Yeni müqavilə 2023-cü ilə qədər qüvvədə olacaq.
“Bu mənim həyatımda vacib bir addımdır. Uşaq ikən “Yuventus”a gəlmişəm və indi hər andan zövq alıram. Klubun digər titulları qazanmasına kömək etmək istəyirəm”, – deyə futbolçu qeyd edib.
Mənbə
KAİM.az