Top.Mail.Ru

İDMAN

Tokio-2020: Azərbaycanın daha bir güləşçisi məğlub olub

Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Report”un məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən idmançı kubalı Daniel Heçavarria ilə qarşılaşıb.

Abbasov rəqibinə 1:3 hesabı ilə uduzub. Heçavarria finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, daha əvvəl yarışa qoşulan Elis Manolova (68 kq) olimpiadanı medalsız başa vurub. Digər yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla güləşəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button