Top.Mail.Ru
İDMAN

Finlandiya klubu “Neftçi” ilə oyuna itkilərlə çıxacaq

Finlandiyanın HİK klubu Bakıda “Neftçi”yə qarşı keçirəcəyi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa itkilərlə çıxacaq.

“Report”un məlumatına görə, Helsinki təmsilçisinin heyətində müdafiəçi Markus Halsti və hücumçu Atomu Tanakanın zədə səbəbindən oynamayacağı dəqiqdir.

Digər müdafiəçi Valtteri Morenin durumu hələlik bəlli deyil. Onun da eyni səbəbdən görüşü buraxacağı gözlənilir.

“Neftçi”də isə zədəli Namik Ələskərov və cəzalı Mert Çelik meydana çıxa bilməyəcək.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da oynanılacaq matç saat 21:00-da başlayacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button