Top.Mail.Ru
İDMAN

Tokio-2020: Yunanıstan yığması sinxron üzgüçülük yarışından imtina edib

Yunanıstan Tokio-2020 Yay Olimpiya Oyunlarında sinxron üzgüçülük üzrə komanda yarışında təmsil olunmayacaq.

“Report”un Yunanıstan Milli Olimpiya Komitəsinin rəsmi saytına istinadən məlumatına görə, buna yığmanın 3 üzvünün koronavirusa yoluxması səbəb olub.

Bildirilib ki, infeksiya aşkarlanan idmançılar xəstəliyi simptomsuz keçirsələr də, Olimpiya kəndini tərk edəcək və otellerin birində karantinə alınacaqlar. Üzgüçülərin nümayəndə heyətinin digər üzvləri ilə təmasda olmadığı vurğulanıb.

Qeyd edək ki, Yunanıstanın sinxron üzgüçülük komandasında ilk yoluxma ötən gün aşkarlanıb.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button