Top.Mail.Ru

İDMAN

Tokio-2020: Azərbaycanlı güləşçi finala vəsiqə qazanıb

Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında finala yüksəlib.

“Report”un məlumatına görə, 67 kq-da mübarizə aparan idmançı yarımfinal görüşündə misirli Məhəmməd İbrahim Əl-Sayedlə qarşılaşıb.

Nəsibov ilk hissədən sonra 0:5 hesabı ilə geridə olmasına baxmayaraq, ikinci yarıda əzmkarlıq nümayiş etidrərək, rəqibinə qalib gəlib – 7:6.

Loading...
Yazının davamı reklamdan sonra

Onun qızıl medal uğrunda qarşılaşmadakı rəqibi iranlı Məhəmməd Reza Gerayi olacaq. Final görüşü avqustun 4-də keçiriləcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button