Top.Mail.Ru
İDMAN

Tokio-2020: Çin və ABŞ mövqeyini qoruyub

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 22 növ üzrə mübarizə gedib.

“Report”un məlumatına görə, daha 26 dəst medala idman gimnastikası, atletika, boks, kayak və kanoe, velosiped idmanı, suya tullanma, yelkənli qayıqsürmə, ağırlıqqaldırma və güləşdə sahiblərini tapıb. Beləliklə, 2250 dəst medala 84 ölkənin idmançıları yiyələnib.

Bu gün üçüncü bürünc medalını qazanan Azərbaycan 75-ci pillədə qərarlaşıb.

Siyahıya 69 (32 qızıl, 21 gümüş, 16 bürünc) medalla Çin başçılıq edir.

72 (24 qızıl, 27 gümüş, 21 bürünc) medal qazanan ABŞ keyfiyyətcə 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 19 “qızıl”, 6 “gümüş” və 11 “bürünc”lə Yaponiya tutur.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button