Top.Mail.Ru

İDMAN

Tokio-2020: Polşalı qadın atlet ardıcıl üçüncü dəfə olimpiya çempionu olub

Polşalı qadın atlet Anita Vlodarçik Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

“Report”un məlumatına görə, çəkicatma növündə yarışan 36 yaşlı idmançı 78,48 metr nəticə ilə bütün rəqiblərini geridə qoyub.

O, ardıcıl üçüncü dəfə olimpiadada qızıl medala sahib çıxıb.

Loading...
Yazının davamı reklamdan sonra

London-2012 və Rio-2016-da da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Vlodarçik 3 qat dünya və 4 qat Avropa çempionudur.

Qeyd edək ki, bu növdə Azərbaycanı təmsil edən Anna Skidan təsnifat mərhələsində 67,93 metr nəticə göstərib və finala vəsiqə qazana bilməyib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button