Top.Mail.Ru
İDMAN

“Neftçi”nin legioneri xəstəliyə görə avrokubok matçını buraxacaq

“Neftçi” Finlandiyanın HİK (Helsinki) komandasına qarşı UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi daha bir itki ilə üzləşib.

Bu barədə “Report”a paytaxt klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, portuqaliyalı futbolçu Huqo Basto qrip olduğu üçün matçı buraxacaq. Abdullayev portuqaliyalı müdafiəçinin koronavirusa yoluxmadığını, hər iki testinin mənfi çıxdığını bildirib.

“Neftçi”nin heyətində Basto ilə yanaşı, Namik Ələskərov və Mert Çelik də bu gün meydana çıxmayacaq.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Neftçi” – HİK görüşü saat 21:00-da başlayacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close