Top.Mail.Ru
İDMAN

“Neftçi”nin debütantı: “Səfərdə qələbə qazanmağa çalışacağıq”

“İlk oyunuma görə çıxışım pis deyil. Təəssüf ki, bu debüt qələbə ilə yekunlaşmadı. Mən də istəyərdim ki, qələbə qazanaq”.

“Report”un məlumatına görə, bu fikirləri “Neftçi”nin qapıçısı Kamran İbrahimov Bakıda Finlandiya HİK-i ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

22 yaşlı qolkiper qarşılaşma ərzində top buraxmaq istəmədiyini bildirib: “Bu, alınmadı. İkinci matçda daha yaxşı oynayaraq qələbə qazanmağa çalışacağıq. Birinci qolda cərimə meydançasında qarışıqlıq yarandı. İkinci qolda isə topu isə çıxartdım, amma rəqibin ikinci cəhdində top qapımıza daxil oldu”.

İbrahimov 17-ci dəqiqədə zədələnən Aqil Məmmədovun yerinə meydana daxil olub. O, komanda yoldaşının durumu barədə məlumatsız olduğunu söyləyib: “Hələlik Aqili görməmişəm. Cavan görüşündə kimin oynaması özünün durumundan asılı olacaq”.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button