Top.Mail.Ru
İDMAN

Tokio-2020: Türkiyə millisi mübarizəni dayandırıb

Voleybol üzrə qadınlardan ibarət Türkiyə millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, “ay-ulduzlular” 1/4 final mərhələsində Cənubi Koreya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Cənubi Koreyanın 3:2 (17:25, 25:17, 28:26, 18:25, 15:13) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Türkiyə millisi Tokio-2020 ilə vidalaşıb.

Asiya təmsilçisi yarımfinalda Braziliya – Rusiya cütünün qalibi ilə qarşılaşacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close